Şriftin ölçüsü :

Saytın rəngi :

“Nümayəndə günü” iclası keçirilmişdir.

27 avqust 2016 | 16:00

26 avqust 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində
  “Nümayəndə günü” iclası keçirilmişdir.

RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov iclas iştirakçılarını salamlayaraq gündəlikdə duran məsələlərlə onları tanış etdi. Sonra İƏD üzrə nümayəndələrin fəaliyyətinə toxunaraq işlərində daha fəal olmağı tövsiyə etdi. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 avqust 2016-cı il tarixdə İsmayıllı rayonun səfəri ilə əlaqədar qarşıda duran vəzifələr barədə geniş  danışaraq  tövsiyə və tapşırıqlarını verdi.
      RİH başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nazim Səfərov Azərbaycan Respubikası Prezidentinin 2016-cı il 13 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya payların (səhmlərin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı karguzarlığın aparılması qaydası”nın İƏD üzrə nümayəndəliklərdə icra vəziyyəti barədə geniş danışaraq öz tövsiyyələrini verdi.
R.Səmədov 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Konstitusiyasına ediləcək dəyişiklirlə əlaqədar Referendumun-ümumxalq səsverməsinin keçirilməsinə İƏD üzrə nümayəndələrin, bələdiyyələrin və məntəqə seçki komosiyalarının qarşılıqlı fəaliyyət göstərmələrini və ümumxalq səsverməsinin yüksək səviyyədə təşkil edilməsini tövsiyə etdi.
        Sonda yığıncaq iştirakcılarını  maraqlandıran  suallara cavablar verildi.

Keçidlər