Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti maarifləndirmə tədbiri

06 sentyabr 2016 | 16:00

“Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi” İctimai Birliyi Azərbaycan Resublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı regionlarda qadınlar üçün məlumatlandırma  sessiyalarının  təşkili” layihəsi çərçivəsində 05.09.2016-cı il tarixdə Tarix Diyarşünaslıq Muzeyində 30 nəfər fəal gəncin iştirakı ilə seminar keçirib.
RİH-nin məsul işçisi Gülnarə Mirzəliyeva tədbirdə çıxış edərək  iştirakçıları və qonaqları RİH başçısı adından salamlayıb və tədbir iştirakçılarına uğurlar arzulayıb. “Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzi” İctimai Birliyin sədri Lətafət Məlikova çıxış edərək bildirib ki,  bu günə qədər Mədən Sənayesində Şəffaflığın artırılması ilə bağlı ictimai maarifləndirmə kampaniyası aparılmış və sahibkarlıqla bağlı qadınlarla maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Hal-hazırda  “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə bağlı regionlarda qadınlar üçün məlumatlandırma sessiyalarının təşkili “ layihəsinin  icrası davam etdirilir.

Keçidlər