Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı bələdiyyələrinin futbol komandaları arasında keçirilən çempionat başa çatdı.

10 sentyabr 2016 | 16:00

Rayonun bələdiyyə futbol  komandaları arasında rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə iyunun 16-dan başlanmış çempionat başa çatıb.
17 komanda arasında gərgin keçən dövrü sistemlə oyunların nəticəsi olaraq yarımfinalda Quşencə, Hacıhətəmli, Xanagah və İsmayıllı şəhərinin “Orman” komandaları çıxmışdı. Daha gərgin və iradəli oyun nümayiş etdirən Hacıhətəmli və Quşencə komandaları finala vəsiqə qazandılar. Final yarışı 9 sentyabr 2016-cı il də tarixdə əsaslı təmirdən sonra 10 avqust 2016-cı il tarixdə istifadəyə verilmiş Olimpiya İdman Kompleksində keçirildi. Böyük tamaşaçı kütləsinin iştirakı, rayon icra hakimiyyətinin və rayon gənclər və idman idarəsinin, OİK-nin təşkilatıçılığı ilə keçirilən final yarışında Quşencə komandası 5-1 hesabı ilə Hacıhətəmli komandasına qalib gəldi və rayon çempionu adını qazandı.
           Birinci, ikinci və üçüncü yerləri tutan Quşencə, Hacıhətəmli və “Orman” komandalarına Kubok medal və pul mükafatlarını rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, rayon gənclər və idman  idarəsinin rəisi Taleh Salehov, rayon futbol federasiyası sədrinin müavini, rayon polis şöbəsi rəisinin müavini Cavanşir Hüseynov təqdim etdilər
Rayon polis şöbəsi, rayon mərkəzi xəstəxanası çempionat müddətində oyunların təşkili və keçirilməsinə müntəzəm yardımçı olublar.  Olimpiya İdman Kompleksi bir sıra oyunlara ödənişsiz ev sahibliyi edib, lazımi şərait yaradıb. Final oyununda bütün aid strukturlar və xidmət təşkilatları üzərinə düşən funksiyaları yüksək səviyyədə yerinə yetiriblər. Üç aya yaxın bir zamanda davam edən çempionat İsmayıllıda böyük futbolun inkişafına əsil təkan olub. Həvəskarların sayı artıb.
Yarışlar zamanı rayon gənclər və idman idarəsi ilə birgə Quşencə bələdiyyəsinin sədri Orxan Ağayev, Hacıhətəmli komandasının məşqçisi Musa Behbudov, “Orman”ın məşqçisi Tərlan Vahidov və Olipiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov daha məsuliyyətli mövqe nümayiş etdiriblər.

Keçidlər