Şriftin ölçüsü :

Saytın rəngi :

Cüdo idman növü üzrə İsmayıllı açıq rayon birinciliyinə start verilmişdir

12 sentyabr 2016 | 16:00

12 sentyabr 2016-cı il tarixdə Olimpiya İdman Kompleksində  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Fedarasiyasının, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təsdiq etdiyi əsasnamayə uyğun olaraq XXXI Olimpiya oyunlarında qazanılan uğurlara həsr edilmiş yeniyetmə və gənc idmançılar arasında Cüdo idman növü üzrə İsmayıllı açıq rayon birinciliyinə start verilmişdir. Yarışın keçirilməsində əsas məqsəd  Cüdo idman növünün təbliğ və inkişaf etdirmək, yeniyetmə və gənclər arasında bu idman növünü inkişaf etdirmək və ən güclü idmançıları müəyyən etməkdən ibarətdir. Yarışın hakimi Şəfaqət  Bayramov tədbiri  açıq elan etmişdir. Sonra Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev ,Cüdo Fedarasiyasının Regionlar üzrə Nəzarət Komitəsindən Tərlan Poladov, Fedarasiyanın yarışlar üzrə Təşkilat Komitəsinin sədr  müavini Şamil Sövzəliyev çıxış edərək idmançılara uğurlar arzulamışlar. Yarış 13 sentyabr 2016-cı il tarixinədək davam edəcəkdir.

 

Keçidlər