Şriftin ölçüsü :

Saytın rəngi :

“Sülh aylığı” çərçivəsində keçirilən növbəti maarifləndirmə tədbiri maraqla qarşılanıb.

20 sentyabr 2016 | 16:00

20sentyabr 2016-cı il tarixdə İsmayıllı şəhər 6 saylı tam orta məktəbdə “Sülh aylığı” çərçivəsində növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Xətai Abbasov, Rayon Polis Şöbəsinin əməkdaşı  Əbülfət Yarıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi  Elnur Mehdiyev və İsmayıllı “Günərzi  Qayğı  Mərkəzi”nin psixoloqu Ayişə Yusifli mövzu ətrafında çıxış ediblər. Tədbirdə əsasən məktəblilər və fəal müəllim kollektivi iştirak etmişdir. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər