Şriftin ölçüsü :

Saytın rəngi :

ABŞ-ın "Matuto" musiqi qrupu İsmayıllıda konsert verib.

25 sentyabr 2016 | 16:00

24 sentyabr 2016-cı il tarixdə Gənclər Mərkəzində  “Matuto” musiqi qrupunun konserti olub. Bu  konsert Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin “Amerika Musiqisinin Elçiləri” proqramı çərçivəsində təşkil edilib.
Tədbirdə rayon ictimaiyyəti  iştirak ediblər.
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai diplomatiya üzrə müşaviri Emi Piterson çıxış edərək bildirib ki, musiqi qrupu növbəti iki həftə ərzində Azərbaycanda altı konsert proqramı ilə çıxış edəcək və əsas məqsəd ABŞ ilə Azərbaycan arasında mədəniyyətlərarası anlaşmanın güclənməsinə töhfə verəməkdir.
Məlumat üçün qeyd edək ki, Matuto qrupunun musiqisi bütövlükdə rəqs üzərində qurulmuşdur. Braziliya foxo rəqs elementləri və Amerikaya məxsus bluegrass musiqi janrından mükəmməl şəkildə yaratdıqları ritm hər bir tamaşaçını dərhal rəqs etməyə sövq edir. İstifadə etdikləri musiqi alətləri bir-biri ilə vəhdət təşkil edərək, irəli-geri yırğalanır, sanki gərginlik ətrafında fırlanır: Braziliya musiqi köklərinin latın sinkopasiyası ilə Amerikanın cənub folklor ənənələri arasında harmoniyadır.
Qrupun daha sonra  Mingəçevir və Gəncəyə səfəri planlaşdırılıb. Səfər zamanı ictimai konsertlər veriləcək, yerli musiqiçilər üçün ustad dərsləri keçiriləcəkdir.
Sonda ABŞ-səfirinin rəsmisi yaradılan bütün şəraitə görə  rayon rəhbərliyinə təşəkkürünü bildirib.

Keçidlər