Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya birinciliyində ikinci yer

28 sentyabr 2016 | 16:00

19 – 22 sentyabr 2016-cı il tarixdə Beynəlxalq Həvəskarlar Federasiyasının təşkilatçılığı ilə Rusiyanın Medın şəhərində 14-17 yaşlı oğlanlar və qızlar arasında Universal döyüş üzrə dünya birinciliyi keçirilmişdir. 14-15 yaşlı gənclər arasında qüvvəsini sınayan həmyerlimiz Əsgərov Eşqin 50 kiloqrama qədərki çəki dərəcəsində gümüş medal qazanaraq fəxri kürsünün 2-ci pilləsində yerini tutmuşdur.
Qeyd edək ki, Eşqin Əsgərov universal döyüş növü üzrə dəfələrlə ölkə çempionu adını qazanmışdır. Eşqin öz uğurları ilə məşqçi-müəllimi Qəhrəmanov Bayramın əməyini  inamla doğruldur. Eşqini biz də təbrik edirik və növbəti yarışlarda ona çempion olub ölkə bayrağını dalğalandırmağı və himnimizi səsləndirməyi arzulayırıq.

Keçidlər