Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Beynəlxalq Müəllimlər günü yüksək səviyyədə qeyd edildi.

05 oktyabr 2016 | 16:00

İsmayıllı müəllimləri öz peşə bayramlarına 22 “Ən yaxşı məktəb” və 26 “Ən yaxşı  müəllim” müsabiqəsinin qalibi ilə gəlmişdilər. Təhsil İşçiləri  Həmkarlar İttifaqı Rayon Komitəsi ilə rayon təhsil şöbəsinin Beynəlxalq Müəllimlər günü”nə həsr etdikləri  tədbir Heydər Əliyev parkındakı  “Gülüstan” şadlıq sarayında keçirilirdi.
    Bayram məkanına gələnləri ilk olaraq ümummilli lider Heydər Əliyevin  müəllim haqqında dediyi hikmətli və qiymətli sözlər qarşılayırdı.
     Aparıcı Famil Əhmədov məclisi açaraq ötən tədris ilində rayon təhsil sistemində qazanılan  nailiyyətlərdən, uğurlardan ətraflı danışıb. Qeyd edib ki, ilk dəfə bu il 700 bal toplayan məzunumuz olub. 600-dən yuxarı bal toplayan tam orta məktəb məzunlarımızın sayı 28-ə çatıb.  Müxtəlif nominasiyalar üzrə qalib şagirdlərin və müəllimlərin sayı əhəmiyyətli dərəcədə artıb.
       Biz bu və digər çoxsaylı nailiyyətlərlə bayrama gəlmişik.
      Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun və bütün rayon ictimaiyyəti adından bayram iştirakçılarını təbrik edib.Dövlət təhsil siyasətinin rayonda uğurla həyata keçirilməsinin  yüksək  nəticələrindən danışıb.
     Sonra rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Təhsil Nazirliyinin  regional maliyyə və hesablaşma mərkəzinin direktoru Elxan Cavadov, rayon  təhsil şöbəsinin müdiri, Əməkdar müəllim Rasim Orucov, dövlət qulluğu və təhsil veteranı Valeh Salehov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hafiz Kərimov, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov və başqaları çıxış ediblər. Müxtəlif müsabiqə və layihə qaliblərinə, şagirdləri  bilik və idman yarışlarında, inşa və rəsm müsabiqələrində, fənn olimpiyadalarında qaliblər sırasına çıxan müəllimlərə fəxri fərmanlar, hədiyyələr və sertifikatlar təqdim edilib.
     65 yaşı tamam olan bir qrup müəllim bayram tədbirində iştirak edib. Onlar RİH-nin, rayon təhsil şöbəsinin və ATİAHİ rayon  komitəsinin qiymətli hədiyyələri ilə şərəfli istirahətə yola salınıblar.
      Rayon mədəniyyət mərkəzinin  “Niyal” instrumental ansanmbılı Beynəlxalq “Müəllimlər günü”nə  əsil mənada musiqi bəzəyi verib.
     Müəllimlər dövlətimizə minnətdar olaraq fərəhli və sevinclə dolu bir bayram təntənəsi yaşadılar.

Keçidlər