Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Ülvi Məmmədovun xatirəsinə həsr olunmuş turnir

10 oktyabr 2016 | 16:00

09 oktyabr 2016-cı il tarixdə İsmayıllı Olimpiya İdman Kompleksində Alpaqut Turan Döyüş sənəti üzrə Yeniyetmələr və gənclər arasında Şəhid Ülvin Məmmədovun xatirəsinə həsr olunmuş turnir keçirilib.
Turniri Laçın rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev açaraq dövlətimizin idmana olan qayğısından bəhs edib. Bunun göstəricisi kimi ölkədə müxtəlif idman növlərinin sürətlə inkişafı və beynəlxalq yarışlarda qazanılan uğurları iştirakçıların diqqətinə çatdırıb.
Ardınca İsmayıllı rayon Gənclər və İdman İdarəsi rəisinin müavini Rauf Rəcəbov da öz növbəsində cənab Prezidentimizin idmançılara olan xüsusi diqqət və qayğısını vurğulayıb. O eyni zamanda gənclərdə yüksək vətənpərvərlik eşqinin olduğunu diqqətə çatdırıb.
Sonda Şəhid Ülvin Məmmədovun atası çıxış edərək övladında olan vətən sevgisindən danışıb. Cənab Prezident İlham Əliyevə şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını ifadə edib.

Keçidlər