Şriftin ölçüsü :

Saytın rəngi :

Bədii gimnastikada 3 birinci yer

10 oktyabr 2016 | 16:00

Oktyabr ayının 9-da Kürdəmir rayonunda bədii gimnastika üzrə 2-ci Kürdəmir Kuboku keçirilib. 100-dən çox gimnastın iştirak etdiyi bədii gimnastika üzrə 2-ci Kürdəmir Kubokuna Bakı Gimnastika Məktəbi, “Gömrükçü İK”, Respublika Kompleks İdman Məktəbi, “Şağan OİK”, “Zirə”, “Zabrat İK”, Hövsan Olimpiya-İdman Kompleksi, “Zirvə İK”, Şirvan, Qusar, Göyçay, Gəncə, İsmayıllı, Kürdəmir gimnastları qoşulublar.
Yarışda 2006-2008 və 2009-2011-ci il təvəllüdlü gimnastlar (alətsiz, halqa və topla, çoxnövçülükdə) iştirak ediblər.
İsmayıllı rayonunu 11 gimnast bədii gimnastika üzrə 2-ci Kürdəmir Kubokunda uğurla təmsil edib.  Müxtəlif yaş qruplarında gimnastlarımız 3 birinci yer qazanaraq  rayona medallar, diplomlar və  xüsusi hədiyyələrlə qayıdıblar.
Gimnastlarımızın məşqçi-müəllimi Sultanə İbrahimova yetirmələrinin  qarşıdakı yarışlarda da  yüksək nəticələr göstərə biləcəklərinə ümidvar olduğunu bildirib.

Keçidlər