Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqilliyimiz sarsılmazdır!

14 oktyabr 2016 | 16:00

Milli Müstəqillik Günümüzün 25 illiyi ilə əlaqədar olaraq 14 oktyabr 2016-cı il tarixdə İsmayıllı Peşə Tədris Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı rayon Gənclər və İdman İdarəsi  dəyirmi-masa keçirdi.
Tədbiri giriş sözü ilə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov açaraq gəncləri Milli Müstəqillik Günü münasibətilə təbrik etdi, onlara Azərbaycanın keşməkeşli tarixindən və müstəqilliyinin bərpasından danışdı. O həmçinin vurğuladı ki, Azərbaycan bugünkü müstəqiliyi qazanmaq üçün çoxsaylı bəlalarla üzləşmiş və sınaqlardan üzüağ çıxmışdır. Ümummilli lider Heydər Əliyevin dühası ilə müstəqilliyimiz əbədi və dönməz olub.
Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev, rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhla Qafarova çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı dövrdə qazanılan nailiyyətlərdən, uğurlardan bəhs ediblər.
Tədbir gənclərin müxtəlif fikir və təkliflər səsləndirmələri ilə davam edib.

Keçidlər