Şriftin ölçüsü :

Saytın rəngi :

VKC üzrə Respublika Çempionatı keçirilib

24 oktyabr 2016 | 16:00

VKC növləri üzrə Azərbaycan Karate Do Federasiyası tərəfindən  23 oktyabr  2016-cı il tarixdə saat 10 00 –da  İsmayıllı Olimpiya İdman  Kompleksində Müstəqillik Gününə həsr olunmuş  VKC növləri üzrə Azərbaycan çempionatı  keçirildi.
23 oktyabr 2016-cı il tarixində İsmayıllı Olimpiya Kompleksində yarışın  açılış mərasimi oldu. Tədbiri VKC növləri üzrə Azərbaycan Karate Do Federasiyasının prezidenti Nurəddin Quliyev açaraq Respublikanın müxtəlif bölgələrindən yarışa qoşulan çoxsaylı idmançıları salamladı, onlara şəxsi birincilik üzrə keçiriləcək yarışda zəfər çalmağı arzuladı. Dövlətin idmana olan qayğısını iştirakçıların diqqətinə çatdırdı.
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov rayonumuza gələn qonaqları salamladı, onları rayonumuzda görməkdən məmnunluğunu ifadə etdi. Cənab Prezident İlham Əliyevin ölkə idmanına xüsusi qayğısını vurğuladı. Milli Müstəqilliyimizin tarixindən, bugünkü inkişafımızdan geniş danışdı və iştirakçıları bayram münasibətilə təbrik etdi.
Ardınca çempionat başladı.
Gərgin döyüş şəraitində güclülər bəlli oldu. Qaliblər federasiyanın diplom və medalları ilə mükafatlandırıldı.

Keçidlər