Şriftin ölçüsü :

Saytın rəngi :

İntellekt yarışı

25 oktyabr 2016 | 16:00

İsmayıllı rayon Gənclər və İdman İdarəsi rayon təhsil şöbəsi ilə birgə  25 oktyabr  2016 –cı il tarixdə saat 10:30 –da Gənclər Mərkəzində “Xəmsə” milli intellektual bilik yarışması üzrə rayon birinciliyi keçirdi.
Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov açaraq iştirakçıları salamladı, onlara qələbə qazanmağı arzuladı.
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şəhla Qafarova yarışın qaydalarını iştirakçıların diqqətinə çatdırdı.
  10 məktəbin “Xəmsə” üzrə bilikliləri komanda şəklində gərgin mübarizə apardı. Bütün raundların nəticələrinə görə rəqiblərini yüksək xalla geridə qoyan İsmayıllı şəhər 6 saylı tam orta məktəbinin “Dejavü” komandası I yerə, şəhər 7 saylı tam orta məktəbin “Zəka” komandası II yerə və şəhər 5 saylı tam orta məktəbin “Bilik” komandası III yerə layiq görüldülər.
Yarışın keçirilməsində əsas məqsəd  rayonun yığma komandasını təyin etmək idi.
Hər üç yerin qalibləri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri ilə təltif edildi.

Keçidlər