Şriftin ölçüsü :

Saytın rəngi :

Dini radikalizmlə bağlı tədbir keçirilib

26 oktyabr 2016 | 16:00

Oktyabrın 26-da İsmayıllı rayonu Peşə Tədris Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin İsmayıllı rayon şöbəsi və İsmayıllı Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə "Dini radikalizm və onun fəsadları" mövzusunda dini maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev bildirib ki, dövlətin dini radikalizmlə mübarizə sahəsində həyata keçirdiyi maarifləndirmə işi müsbət nəticə verməkdədir.
İsmayıllı rayon prokuroru Ülvi Abbasov çıxışında dini radikalizmin fəsadlarından nümunələr göstərib, bu sahədə maarifləndirmənin əhəmiyyətini xüsusi vurğulayıb.
Daha sonra mövzu ətrafında  Dövlət Təhlükəsizliyi Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi Fəxrəddin Babayev, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli çıxış edərək radikal dini cərəyanların yaranması, təbliğat metodları, habelə  onunla effektiv mübarizə yollarından söz açıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər