Şriftin ölçüsü :

Saytın rəngi :

“12 noyabr-Konstitusiya Günü” nə həsr olunmuş Karate idman növü üzrə açıq rayon birinciliyi

14 noyabr 2016 | 16:00

12 noyabr 2016-cı il tarixdə İsmayıllı Olimpiya İdman Kompleksində rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “12 noyabr-Konstitusiya Günü” nə həsr olunmuş Karate idman növü üzrə açıq rayon birinciliyi keçirildi.
Birinciliyi İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq qonaqları rayonumuzda görməkdən məmnunluğunu ifadə etdi. Eyni zamanda o, Konstitusiya gününün qeyd olunma səbəbi və tarixi barədə ətraflı çıxış etdi. Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi yolunda verdiyi saysız töhvələri vurğuladı. Konstitusiya gününün qeyd edilməsinin də məhz dahi şəxsiyyət Heydər Əliyevin xidmətlərindən biri olduğunu diqqətə çatdırdı.
Karate üzrə məşqçi-müəllim Bayram Qəhrəmanov çıxışında rayon karateçilərinin çoxsaylı uğurları barədə məlumat verdi. Bu yarışda da iştirakçılara qələbə sevinci arzuladı.
İsmayıllı Olimpiya İdman Kompleksinin direktor müavini Anar Həsənov ölkədə idmana göstərilən qayğıdan bəhs etdi, yaradılan gözəl şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.
İsmayıllı yetirməsi, Avropa və Dünya çempionu, Bakı komandasının məşqçisi Vüsal Abdullazadə də öz növbəsində iştirakçıları salamladı, onlara qələbə qazanmağı arzuladı. Uğura gedən çətin yolları, sınaqları idmançıların diqqətinə çatdırdı.
Bakı şəhərindən, İsmayıllı,  Yevlax və Ucar rayonlarından olan 70 idmançının gərgin mübarizə apardığı yarış komanda üzrə keçirildi.
I yerə İsmayıllı, II yerə Bakı, III yerə Yevlax komandası layiq görüldü. Qalib gələn komandalar İsmayıllı rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif edildi.

Keçidlər