Şriftin ölçüsü :

Saytın rəngi :

“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin “Region gənclərinin kiçik biznes quruculuğuna həvəsləndirilməsi mövzusunda tədbiri

17 noyabr 2016 | 16:00

“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin “Region gənclərinin kiçik biznes quruculuğuna həvəsləndirilməsi mövzusunda tədbiri     17 noyabr 2016-cı il tarixdə İsmayıllı rayonunu Peşə Tədris Mərkəzində keçirilib.
Tədbiri Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov açaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən sahibkarlara göstərilən diqqət və qayğıdan danışıb, rayonda gənc sahibkarların bizneslə məşğul olması üçün çox əlverişli şəraitin olmasını bildirib.
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək, bu tipli layihələrin İctimai Birlik tərəfindən rayonumuzda təşkilinə görə minnətdarlığını bildirib, tədbirin keçirilməsinin gənclərimizə müsbət təsirini qeyd edib.
Daha sonra “Bizim nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyinin əməkdaşı Nail Şükürov çıxış edərək layihənin gənclərin biznes quruculuğu və idarəçiliyi vərdişlərinə yiyələnməsi sahəsində böyük rola malik olduğunu bildirib,”Sahibkarlıq və biznes” mövzusunu şərh edib.

Keçidlər