Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının 24 illiyi qeyd olunub.

21 noyabr 2016 | 16:00

Rayon təşkilatının qərargahında dəyirmi masa arxasında YAP-ın yaradılmasının 24 illiyinə həsr olumuş təntənəli tədbir keçirilib.
Tədbiri giriş sözü ilə YAP rayon təşkilatının sədri Əzizə Vahabova açıb və ümummilli lider Heydər Əliyevin dühasından yaranan partiyanın keçdiyi tarixi, mübarizələrlə dolu yoldan danışıb.
1993-cü ildən YAP-ın üzvü, RİH başçısının müavini Sevil Əhmədova, rayon təşkilatının sədr müavini, RİH-nin şöbə müdiri Rüstəm Səmədov, YAP qadınlar şurasının sədri Xuraman Qurbanova , idarə heyətinin üzvü Olqa Jabina, partiya  veteranları Valeh Salehov,Yaşar Nuriyev, rayon təşkilatının sədr müavini Taleh Salehov, ictimai birliklər adından Vidadi Zərbiyev,Şahməmməd Soltanov çıxış edib, təbriklər söyləyiblər. Bir qrup gəncə partiyanın üzvülük vəsiqələri təqdim edilib.

 

Keçidlər