Home Contact Phone
background
  • Ünvan: AZ 3100, İsmayıllı şəhəri, Heydər Əliyev pr. 51
  • Faks: (+994 2028) 5-12-47
  • E-mail: mail@ismayilli-ih.gov.az

Xəbərlər

  • Əhalinin sığortaya cəlb olunması istiqamətin...

    Əhalinin sığortaya cəlb olunması istiqamətində keçirilən tədbirlər davam etdirilir.

    2017-11-07

    6 noyabr 2017-ci il tarixdə Hacıhətəmli kəndində fiziki və hüquqi şəxslərə məxsus əmlakın, kənd təsərrüfatı bitkiləri və heyvanlarının, bina və qurğuların sığortalanması işinin təşkili üzrə maarifləndirici seminar keçirilib.

  • “Vətəndaş Cəmiyyətində Debat” İctimai B...

    “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tədbir keçirib.

    2017-11-07

    07 noyabr 2017-ci il tarixdə İsmayıllı Peşə Tədris Mərkəzində “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “İsmayıllı Gəncləri Regional Debat Forumu: Gənclər Kuboku 2017” layihəsi çərçivəsində “Gənc nəslin sahibkarlıq fəaliyyətinin inkişafında dövlət dəstəyi əsas faktordur” mövzusunda İsmayıllı Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Dövlət Humanitar və Texnologiya Kollecinin iştirakı ilə təlim keçirib.

  • İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıq...

    İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov Gəraybəylidə qəbul keçirib

    2017-11-07

    7 noyabr 2017-ci il tarixdə Gəraybəyli İƏD üzrə nümayəndəlikdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qəbul keçirib. Nümayəndəliyin tərkibində olan Xəlilli, Eyyubbəyli və Gəraybəyli kəndlərinin sakinləri öz arzu və təkliflərini bildirmək üçün qəbula gəlmişdilər. Sosial məsələlərin uğurla həll olunduğu bu ərazidə şikayət xarakterli fikir eşidilmədi. Təklif olundu ki, yeni məktəb tikintisi barədə aid nazirlik qarşısında məsələ qaldırılsın, torpaqların qrunt sularından təmizlənməsi, klubun təmir olunması, Eyyubbəyli kəndində yeni transformator quraşdırılması ilə əlaqədar müvafiq təşkilatlara tapşırıqlar verilsin.

  • “Xəmsə” Milli İntellektual Oyunu üzrə Az...

    “Xəmsə” Milli İntellektual Oyunu üzrə Azərbaycan Çempionatının rayon seçim turu keçirilib

    2017-11-04

    03 noyabr 2017-ci il tarixdə İsmayıllı rayon Gənclər Mərkəzində Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və İsmayıllı İntelektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə “9 noyabr Bayraq günü”ə həsr olunmuş “Xəmsə” Milli İntellektual Oyunu üzrə Azərbaycan Çempionatının rayon seçim turu keçirilib.

  • “Dəyirmi masa” keçirilib

    “Dəyirmi masa” keçirilib

    2017-11-03

    03 noyabr 2017-ci il tarixdə İsmayıllı Rayon Pilot Məşğulluq Mərkəzinin inzibati binasında “Əmək bazarının social-iqtisadi inkişafı templərinə və xüsusiyyətlərinə uyğunlaşma mexaniziminin müasir səviyyədə qurulması” mövzusunada rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, Həmkarlar təşkilatlarının nümayəndələrinin, Yerli Əlaqələndirmə Komitəsi üzvlərinin və sahibkarların iştirakı ilə “Dəyirmi masa” keçirilib.

  • Sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni ...

    Sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirici treyninq keçirilib

    2017-11-02

    02 noyabr 2017-ci il tarixində Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzi tərəfindən “Made in Azerbaijan” brendinin yaradılması və inkişafı”, “İnvestisiya təşviqi sənədinin verilməsi qaydası” və “İxrac sahəsində güzəştlərin tətbiq edilməsi” mövzusunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirici treyninq keçirilib.

  • Kənd təsərrüfatı işçilərinin peşə bayram...

    Kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib

    2017-11-01

    Qala şadlıq sarayında rayonun fermerlərinin, kənd təsərrüfatı məhsulları istehsalçılarının, Nikitin adına kolxozun nümayəndələrinin, aidiyyəti qurumların, mütəxəssislərin, istehsal və emal müəssisələri işcilərinin iştirakı ilə kənd təsərrüfatı işçiləri gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbir iştirakçıları tərəfindən ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb.

  • “Sağlam ailə gələcəyin təminatıdır” m...

    “Sağlam ailə gələcəyin təminatıdır” mövzusunda tədbir keçirilib.

    2017-10-31

    Oktyabrın 30-da “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” İctimai birliyi İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birgə “Sağlam ailə gələcəyin təminatıdır” mövzusunda tədbir keçirib.

  • İsveçrə səfiri İsmayıllıda

    İsveçrə səfiri İsmayıllıda

    2017-10-31

    Okryabrın 31-də İsveçrənin Azərbaycan Respublikasındakı səlahiyyətli səfiri cənab Filipp Ştalder İsmayıllı rayonunda səfərdə olub.

  • İsmayıllı səhiyyəsinin uğurları

    İsmayıllı səhiyyəsinin uğurları

    2017-10-30

    Həyatını ölkəmizin yüksəlişinə, insanların xoşbəxtliyinə həsr edən ulu öndərimiz xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşıb, səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək deyib: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.

  • İsmayıllıda sahibkarlar ölkədə aparılan iqt...

    İsmayıllıda sahibkarlar ölkədə aparılan iqtisadi islahatlar barədə məlumatlandırılıb

    2017-10-28

    İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi oktyabrın 28-də İsmayıllıda “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda növbəti regional ictimai müzakirə keçirib. Regional müzakirəyə İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarından 200-dək sahibkar, həmin rayonların icra hakimiyyəti başçılarının müavinləri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri qatılıb.

  • İsmayılı rayonunda  təhsilin inkişafı: uğur...

    İsmayılı rayonunda təhsilin inkişafı: uğurlu təhsil siyasəti ilə idarəetmənin hormoniyası

    2017-10-27

    Zəngin maarifçilik ənənələrinə malik olan İsmayıllı rayonunda təhsil 2017-ci ildə daha da inkişaf etmiş, uğurları artmışdır. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi və ümumilikdə təhsildə müasir standartlara uyğunlaşdırılma istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilmişdir. İl ərzində keçirilən respublika, zona və rayon səviyyəli tədbirlərdə, bilik yarışlarında, fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə, həmçinin idman yarışlarında şagirdlərimiz yüksək uğurlar qazanmışlar.

  • Əhalinin sığortaya cəlb olunması istiqamətin...

    Əhalinin sığortaya cəlb olunması istiqamətində keçirilən tədbirlər davam etdirilir.

    2017-10-26

    26 oktyabr 2017-ci il tarixdə Qalınçaq kəndində fiziki və hüquqi şəxslərə məxsus əmlakın, kənd təsərrüfatı bitkiləri və heyvanlarının, bina və qurğuların sığortalanması işinin təşkili üzrə maarifləndirici seminarıın keçirb.

  • Seminar-müşavirə keçirilib

    Seminar-müşavirə keçirilib

    2017-10-24

    Oktyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllıda “İslam Həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.

  • İsmayıllı rayonu Quşencə kəndində əhalinin...

    İsmayıllı rayonu Quşencə kəndində əhalinin sığortaya cəlb olunması ilə əlaqədar tədbir keçirildi.

    2017-10-24

    24 oktyabr 2017-ci il tarixdə Quşencə kəndində fiziki və hüquqi şəxslərə məxsus əmlakın, kənd təsərrüfatı bitkiləri və heyvanlarının, bina və qurğuların sığortalanması işinin təşkili üzrə maarifləndirici seminarın keçirildi.

  • Elan

    Elan

    2017-10-24

    İsmayıllı rayon sakinlərinin diqqətinə! 25 oktyabr 2017-cı il tarixdə qaz xətlərində təmir ilə əlaqədar olaraq qaz verilişində məhdudiyyətlər yaranacaqdır.

  • Lahıc qəsəbəsində İcma evi və Sənətkarlı...

    Lahıc qəsəbəsində İcma evi və Sənətkarlıq evinin açılışı

    2017-10-23

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 oktyabr 2017-ci il tarixli Sərəncamları ilə yeni həyatını yaşamağa başlayan Lahıc qəsəbəsində vacib bir layihənin icrası başa çatıb. İkinci Azərbaycan Kəndinvestisiya layihəsi çərçivəsində burada İcma evi və Sənətkarlıq evi istifadəyə verilib.

  • Komissiyalar fəaliyyətdədir.

    Komissiyalar fəaliyyətdədir.

    2017-10-23

    Bəllidir ki, Azərbaycanda uşaq problemlərinin həlli dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir. Ümumilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu öndər öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, uşaqların müstəqil dövlətimizdə yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi formalaşması, onların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması dövlət uşaq siyasətinin əsas məqsədidir.

  • Diyallı kəndində paralipiyaçılarla görüş k...

    Diyallı kəndində paralipiyaçılarla görüş keçirilib

    2017-10-23

    23 oktyabr 2017-ci il tarixdə İsmayıllı rayonunun Diyallı kənd tam orta məktəbində, kişilər arasında pauerliftinq idman növü üzrə Azərbaycan çempionatında II-yeri tutmuş Diyallı kənd sakinləri Şakir Ömərov və Aynur Fərzəliyevlə görüş keçirilib.

  • Şəhidin xatirəsinə həsr olunmuş tədbir keç...

    Şəhidin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

    2017-10-21

    “Beyləqan Gənclərinin Maarifləndirməsi və Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməyi ilə “Aprel döyüşləri şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı yeniyetmə və gənclər arasında tədbirlərin təşkili” layihəsini həyata keçirir.

  • Vətənin Müdafiəsinə Hazıram” poliatlon ço...

    Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə zona yarışı

    2017-10-19

    19 oktyabr 2017-ci il tarixdə İsmayıllı şəhər 3 saylı məktəb liseydə “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının zona birinciliyi keçirilmişdir.

  • Doqquz ayın yekunlarına həsr olunmuş hesabat y...

    Doqquz ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

    2017-10-17

    2017-ci ilin doqquz ayının sosial iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. İsmayıllı rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hesabat yığıncağını giriş nitqi ilə açıb və hesabat məruzəsi ilə çıxış edib.

  • Heydər Əliyev İdarəetmə məktəbinin növbət...

    Heydər Əliyev İdarəetmə məktəbinin növbəti məşğələsi keçirilib.

    2017-10-17

    17 oktyabr 2017-ci il tarixdə İsmayıllıda Heydər Əliyev idarəetmə məktəbinin növbəti məşğələsi keçirilib. Müstəqilliyimizin 26-cı ildönümü münasibətilə keçirilən məşğələ “Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməzdir” mövzusuna həsr olunub.

  • İsmayıllıda Dövlət Müstəqilliyi Gününə h...

    İsmayıllıda Dövlət Müstəqilliyi Gününə həsr olunmuş velosiped yarışı

    2017-10-16

    Azərbaycan Velosiped İdmanı Federasiyasının, İsmayıllı Rayon Gənclər vəİdman İdarəsinin və “Çempion” velosiped mağazasının birgə təşkilatçılığı ilə Azərbaycanın Dövlət Müstəqilliyinin 26-cı ildönümü münasibətilə əyləncəli velosiped yarışı keçirilib. Yarışda 53 nəfər yeniyetmə və gənc velosipedçi iştirak edib.

  • İsmayıllı gəncləri dini radikalizmə qarşı

    İsmayıllı gəncləri dini radikalizmə qarşı

    2017-10-16

    Tolerantlığı ilə fərqlənən İsmayıllı rayonunda radikal və qeyri ənənəvi dini təriqətlərə, cərəyanlara qarşı ardıcıl və sistemli mübarizə aparılır. Maarifçilik tədbirləri bu istiqamətdə daha əhəmiyyətli rol oynayır.

əvvəlki [14] növbəti