Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanın intellektual BİRincisi” layihəsi həyata keçirilir.

26 noyabr 2016 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, İsmayıllı rayon İcra Hakimiyyətinin  və rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə “İrəli” İctimai Birliyi “Gənclər mərkəzində”  “Azərbaycanın intellektual BİRincisi” layihəsi çərçivəsində intellektual bilik yarışı keçirib. Yarışa “Nə”?, “Harada?”, “Nə zaman?”, “Xəmsə”, “Vətəni tanı” və “Axtar tap”  nominasiyaları daxil edilmişdi. İntellektual birincilik yarışına Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarının komandaları qoşulmuşdu.
Yarış gərgin şəraitlə, çoxsaylı tamaşaçı kütləsinin alqışları ilə keçib.
“Nə”?, “Harada?”, “Nə zaman?” və “Xəmsə” nominasiyalarında İsmayıllı komandası birinci yeri qazanıb.”Vətəni tanı” fərdi birinciliyində  ağsulu gənc qalib gəlib, “Axtar tap” nominasiyasında da Ağsu komandası birinci yeri tutub.
İntellektual BİRincilərə Gənclər və İdman nazirinin və “İrəli” ictimai birliyi sədrinin imzaladığı sertifikatları RİH başçısının müavini Sevil Əhmədova, İctimai Birliyin sədr müavini Orxan Rüstəmov və İsmayıllı Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov təqdim ediblər.
Qaliblər layihənin Bakıda keçiriləcək  yekun-Respublika turunda iştirak edəcəklər.

Keçidlər