Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayon İcra Hakimiyyətinə

29 noyabr 2016 | 16:00

Hörmətli Mirdaməd müəllim!
    Müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə əlaqədar İsmayıllıya səfər etmişdim.Ailə üzvülərimdən və qohumlarımdan da imtahana gələn vardı. Məqsədim imtahanın  nəticələri barədə fikir söyləmək deyil. Onu diqqətinizə çatdırmaq istəyir və təşəkkür edirəm ki, rəhbərlik etdiyiniz rayonun bütün aid strukturları imtahanlara hazırlıqla əlaqədar öz vəzifələrini yüksək  səviyyədə yerinə yetirmişdilər. Həkimlər, rayon icra hakimiyyətinin, polis şöbəsinin, İsmayıllı bələdiyyəsinin, gənclər və idman idarəsinin, Olimpiya idman kompleksinin əməkdaşları üzərlərinə düşən  vəzifələri layiqincə yerinə yetirirdilər.
    Diaqnostik qiymətləndirmənin mütəşəkkil, tələblərə və qaydalara uyğun keçirilməsi üçün rayon təhsil şöbəsinin xüsusilə yüksək təşkilatçılıq işi apardığının şahidi olduq.
      Müəllimlərin diaqnostik qiymətləndirmə imtahanlarına hazırlıq və onun keçirilməsində fəal iştirakı olan bütün təşkilatlara bir qonşu kimi səmimi təşəkkürümü bildirirəm. Çox sağ olun ki, rayonda belə bir şərait, belə bir komanda yaratmısınız.
      İsmayıllı 2015-ci il üçün “Azərbaycanın Gənclər Paytaxtı” seçiləndə Sizin tapşırığınızla bayram təntənəsinə dəvət olunmuşduq. Orada  bizə qarşı göstərdiyiniz səmimiyyət, diqqət və qayğı  yaddaşımızda yaşamaqdadır.Gənclərin təşkilatlanması, məşğulluğunun  artırılması, fasiləsiz təhsilinin stimullaşdırılması, intellektual səviyyəsinin yüksəldilməsi üçün həyata keçirdiyiniz  tədbirlər, idmançıların və gənclərin hər bir uğurunun bu və ya digər formada təqdir etməyiniz də qonşularınıza yaxşı bəllidir.
       Mən yaxşılığı, yaxşı əməlləri yaxşı görüb, yaxşı da qiymətləndirməyi bacarıram. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı, hərtərəfli həyati dəstəyi nəticəsində bu yaxşılıqlar Şamaxıda da çoxdur, İsmayıllıda da. Bundan sonra daha çox olacaqdır.
Hörmət və ehtiramla,
Şahmar Hüseynov
         Şamaxı Rayon Gənclər və İdman İdarəsinin rəisi

Keçidlər