Şriftin ölçüsü :

Saytın rəngi :

Lahıc qəsəbəsində “Misgərlik modeli-mədəni irsimizdir” mövzusunda tədbir

03 dekabr 2016 | 16:00

Qədim xalq  sənətkarlığı  növlərindən  olan misgərlik   son illərdə dövlətin bu sahəyə xüsusi qayğısı nəticəsində dirçəlməkdə və inkişafadır. Azərbaycan Respublikası  Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Yeniliyə doğru" Gənclər fondunun təşkilatçılığı ilə Lahıc qəsəbəsində "Misgərlik maddi mədəni irsimizdir" adlı tədbir təşkil olunmuşdur. Tədbirin əvvəlində misgərlik sənəti ilə bağlı foto sərgi nümayiş olunmuşdur. "Misgərin forum teatrı"  adlı səhnələr nümayiş olunmuş, "misgərin bir günü" adlı 11 dəqiqəlik video çarx tamaşaçılara tədqim edilmişdir. Misgərlik sənətini yaşadan misgərlərin çıxışları dinlənilmiş. Sonda Lahıc qəsəbə tam orta məktəbinin şagirdlərinə teatr səhnəçiklərinin təşkilində köməklik göstərdiklərinə görə diplom və hədiyyələr verilmişdir.

 

Keçidlər