Şriftin ölçüsü :

Saytın rəngi :

Geniş miqyasda ağacəkmə aksiyası həyata keçirildi

04 dekabr 2016 | 16:00

İDEA İctimai Birliyinin təşəbbüsü ilə, eləcə də rayonda ekoloji mühitin saflaşdırılması, yaşıllıq zonalarının artırılması, baramaçılıq yem bazasının yaradılması məqsədilə 03 dekabr 2016-cı il tarixdə rayonun bütün idarə və təşkilatlarının, ərazi nümayəndəliklər və bələdiyyələrin iştirakı ilə ağacəkmə tədbirləri həyata keçirildi.
Yaşıllıq zolaqlarının artırılması, o cümlədən arıçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə cökə, akasiya, ağcaqayın və digər növlərdən ibarət 4 mindənartıq ağac əkildi.
Məlum olduğu kimi rayonumuzda kənd təsərrüfatında ənənəvi sahələrdən sayılan baramaçılıq cari ildə yenidən bərpa edilmişdir. Bu mühüm sahənin yem bazasının yaradılması məqsədilə rayona 10 min tut tingi gətirilmişdir. Həmin tinglər müvafiq bölgü əsasında ərazi nümayəndəliklərinə və bələdiyyələrə paylanılmış və onlardan üç min ədədi isə bu gün əkilmişdir. Tut tingləri aqrotexniki tələblərə uyğun becərilməsi və mühafizə edilməsi üçün nəzarətə götürülmüşdür.

Keçidlər