Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli liderin xatirəsinə həsr olunmuş mini futbol turniri

09 dekabr 2016 | 16:00

          09 dekabr 2016-cı il tarixdə İsmayıllı Olimpiya İdman Kompleksində İsmayıllı rayon Gənclər və İdman İdarəsinin perspektiv iş və tədbirlər planına uyğun olaraq 12dekabr -Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə mini futbol üzrə rayon turniri keçirildi.
          Yarışda Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək   Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi yolunda verdiyi saysız töhfələri vurğuladı və son illər ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının geniş vüsət aldığını söylədi və sonda idmançılara uğurlar arzuladı.
İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov çıxış edərək iştirakçıları salamladı, onlara uğurlar dilədi.
İsmayıllı rayon Təhsil Şöbəsinin metodisti İlham Vahabov çıxışında rayon idmançılarının çoxsaylı uğurları barədə məlumat verdi və məhz bunun üçün Ulu Öndər Heydər Əliyevə borclu olduqlarını vurğuladı.
İsmayıllı Olimpiya İdman Kompleksinin direktor müavini Anar Həsənov ölkədə idmana göstərilən qayğıdan bəhs etdi, yaradılan gözəl şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi , sonda idmançılara uğurlar arzuladı.
11 komanda birincilik uğrunda  gərgin mübarizə apardı. I yerə Mollaisaqlı, II yerə şəhər 1 saylı məktəb və III yerə şəhər 6 saylı məktəbin komandası layiq görüldü. Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri ilə təltif olundu.

Keçidlər