Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı ağsaqqalları və ağbirçəkləri anım mərasimində

09 dekabr 2016 | 16:00

İsmayıllı rayon İcra Hakimiyyətində ağsaqqallar və ağbirçəklərin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş mərasim keçirilib. Rayon veteranlar şurası və rayon ağsaqqallar Şurası tərkibində birləşərək dövlətə, dövlətçiliyə xidmətdə səfərbər olan ağsaqqal və ağbirçəklərlə yanaşı xidmət  təşkilatları, səhiyyə, təhsil və mədəniyyət müəssisələrinin rəhbərləri də tədbirdə olublar.
     Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ulu öndərin əsrə sığmayan həyat və fəaliyyətindən, müstəqil Azərbaycanı Beynəlxalq arenada söz sahibi etməyindən, İkinci dünya müharibəsi veteranlarına, bütövlükdə Azərbaycan xalqına qayğısından, xilaskarlıq missiyasından, ölkədə milli  vəhdət və birlik yaratmasından, iqtisadi yüksəlişin əsasını təmin etməsindən, siyasi sabitlik üzərində hüquqi dövlət quruculuğundan ətraflı danışıb.
      Rayon veteranlar şurasının sədri Əlaləm Babayev keçmiş hərbçi kimi ümummilli lider Heydər Əliyevin ordu quruculuğundan, dövlət qulluğu veteranı Valeh Salehov ulu öndərin  insanlara bəxş etdiyi firavan həyatdan danışıb. Qeyd ediblər ki, onun  çoxistiqamətli siyasəti Prezident cənab İlham Əliyev tərəfindən yaradıcılıqla davam etdirilir.
        Ulu öndər barədə söz deyən hər kəsi məclis səmimiyyətlə dinləyib.
        Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər