Şriftin ölçüsü :

Saytın rəngi :

Yapon məktəbliləri İsmayıllıda

23 dekabr 2016 | 16:00

23 dekabr 2016-cı il tarixdə Yaponiyanın İto şəhərindən 4 məktəbli Owashi Akari, İnagaki Chie, Yagi Jota, Matsumoto Naohiro, 1 tərcüməçi Kanno Yusuke və bir  qrup rəhbəri İshida Kazuko İsmayıllıya səfər edib. Qonaqları ilk olaraq Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qəbul edib. RIH başçısı onların rayonumuzda olmaqlarından məmnunluğunu Yaponiyanın İto şəhəri və Azərbaycan Respublikasının İsmayıllı şəhəri arasında imzalanmış dostluq sazişinin davamlı və daimi olacağını əmin olduğunu bildirib. Qonaqlar yüksək səviyyədə qarşılanmaya görə Rayon İcra Hakimiyyətinə, onlara səmimi münasibət göstərən hər kəsə minnətdarlığını bildirib. Sonda qonaqlara hədiyyə təqdim olunub

Keçidlər