Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı idmançıları rayon icra hakimiyyəti tərəfindən mükafatlandırıldı.

29 dekabr 2016 | 16:00

29 dekabr 2016-cı il tarixdə “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və yeni il münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı cənab Mirdaməd Sadıqovun tapşırığına uyğun olaraq RİH başçısının müavini — İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov və İsmayıllı Olimpiya İdman Kompleksinin müdiri Tofiq Hümbətovun iştirakı ilə bir qrup idmançıya 2016-cı il ərzində qazandıqları yüksək nailiyyətlərə görə pul mükafatları təqdim edildi.
Rayon icra hakimiyyətində keçirilən mükafatlandırma mərasimində gənclər və idman idarəsinin rəisi Taleh Salehov, İsmayıllı Olimpiya İdman Kompleksinin müdiri Tofiq Hümbətov və gənc idmançı Tuncay Əliyev çıxışlarında idmançılara verilən yüksək qiymətə, diqqət və qayğıya, ölkədə, o cümlədən rayonumuzda idmanın inkişafına yaradılan gözəl şəraitə görə   cənab Prezident  İlham Əliyevə minnətdarlıq ediblər. Ölkədə dövlət gənclər və idman siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Gənclər və İdman naziri   Azad Rəhimova və dövlət siyasətini İsmayıllıda uğurla həyata keçirən RİH başçısı  Mirdaməd Sadıqova öz təşəkkürlərini  bildiriblər.

Keçidlər