Şriftin ölçüsü :

Saytın rəngi :

Basqal qəsəbəsində multikulturalizm və tolerantlıqla bağlı maarifləndirici tədbir keçirilib

29 dekabr 2016 | 16:00

Dekabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İsmayıllı rayonu Basqal qəsəbə məscidi dini icmasının “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində “Multikulturalizm və tolerantlıq xalqımızın həyat tərzidir” adlı maarifləndirici tədbir keçirilib.
           Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli və  əməkdaşı Elnur Mehdiyev,  Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, Basqal qəsəbə tam orta məktəbinin direktoru Ağasəfər Qafarov, Rayon İcra Hakimiyyəti Başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini İlham Ağayev, dini icmasının sədri Fariz Mövlamov, dini icma üzvləri, müəllimlər və gənclər iştirak ediblər.
          Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov  ölkədə hökm sürən tolerant və multikultural mühitdən danışaraq İsmayıllı rayonunda azsaylı xalqların dostluq və mehriban qonşuluq şəraitində birgə yaşamasından geniş söhbət açdı.
             DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanılması məqsədilə 2016-cı ili “Multikulturalizm ili” elan etməsini qeyd edərək son dövrlər bu sahədə görülən işlərdən danışıb. O, Azərbaycanın tolerantlıq və multikulturalizm modellərinin dünyaya uğurla təqdim olunmasından, dini tolerantlığın həyat tərzinə çevrildiyi ölkəmizdə üç səmavi dinin, eyni zamanda müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşamasının tarixi ənənələrin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olmasını tədbir iştirakçılarının nəzərinə çatdırdı.
              Daha sonra Rayon İcra Hakimiyyəti Başçısının Basqal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini İlham Ağayev, qəsəbə dini icmasının sədri Fariz Mövlamov və Basqal qəsəbə tam orta məktəbinin direktoru Ağasəfər Qafarov milli-mənəvi dəyərlərin gənclər arasında təbliğinin vacibliyindən danışaraq, rayondakı multikultural mühitin mövcudluğuna dair konkret nümunələr göstəriblər.
         Sonda tədbir iştirakçıları bu tədbirlərin dini maarifləndirmə sahəsindəki əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
         Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

Keçidlər