Şriftin ölçüsü :

Saytın rəngi :

“Nümayəndə günü” keçirilib

29 dekabr 2016 | 16:00

Dekabrın 29-da Heydər Əliyev Mərkəzində növbəti “Nümayəndə günü” keçirilibdir.
Tədbirdə RİH başçısı Mirdaməd Sadıqov, RİH başçısının birinci müavini Rövşən Ağayev, İƏD üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
      RİH başçısı cənab Mirdaməd Sadıqov iclas iştirakçılarını salamlayaraq qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il” münasibəti ilə təbrik edib. Sonra İƏD üzrə nümayəndələrin və bələdiyyələrin fəaliyyətinə toxunaraq işlərində daha fəal olmağı tapşırıb.
Gündəlikdə duran birinci məsələ ilə əlaqədar  RİH başçısı aparatının Əİ və YÖİO ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov 09-27 yanvar 2017-ci il tarixlərdə İƏD üzrə nümayəndəliklərdə 2016-cı ildə görülmüş işlər barədə hesabat yığıncaqlarının təşkili və keçirilməsi barədə danışıb, bu məqsədlə hazırlanmış cədvəli onların diqqətinə çatdırıb. İƏD üzrə nümayəndəliklərin 2017-ci ilin birinci yarımili üçün iş planlarının tərtibi və razılaşdırılması barədə geniş danışaraq müvafiq tapşırıqlarını verib.                R.Səmədov sonra cari məsələlər barədə danışaraq İƏD üzrə nümayəndələrə bayram günlərində gücləndirilmiş iş rejimində işləmələri barədə onlara müvafiq tapşırıq və tövsiyyələrini verib.

Keçidlər