Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Gənclər Mərkəzi” İctimai Birliyinin seminarı

13 yanvar 2017 | 16:00

 

Gənclər Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə "Kənd turizmi bələdçiliyində gənclərin iştirakı” adlı layihə çərçivəsində İsmayıllı şəhərindəki Heydər Əliyev mərkəzində seminarı keçirilib.Tədbirdə rayon ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər iştirak ediblər.

Tədbirin əsas məqsədi gənclər arasında xidmət sahələri və kənd turizminin təbliği ilə bağlı maarifləndirmə işlərinin aparılmasıdır.
     İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova  tədbirin keçirilməsi üçün İsmayıllını məkan seçdiklərinə görə minnətdarlığını bildirib və qeyd edib ki, bu gün rayonumuzda kənd turizminin inkişafı üçün çox böyük potensial vardır. Cənab Prezidentin siyasətinə uyğun olaraq İsmayıllı rayonunda sosial-iqtisadi layihələr həyata keçirilir, bu da bizim rayonu bir çox layihələr üzrə regional mərkəzlərdən birinə çevirib.
Tədbirdə çıxış edən Gənclər Mərkəzi İctimai Birliyinin direktoru Kənan Qubadzadə layihənin əhəmiyyətindən, mahiyyətindən, məqsəd və məzmunundan danışıb. Bildirib ki, layihənin İsmayıllıda reallaşdırmaqda məqsədimiz rayondakı turizmin  təcrübəvi əhəmiyyətinin öyrənilməsi və təbliğ olunmasıdır. Layihənin təqdimatında iştirak edən rayon veteranlar şurasının sədri Əlaləm Babayev, şəhər 1 saylı tam orta məktəbin müəllimi Surə Mehdiyeva və Regional İnkişaf İctimai Birliyinin Dağlıq Şirvan üzrə nümayəndəsi Radə Ağayeva çıxış edərək fikir və təkliflərini bildiriblər.
“Gənclər Mərkəzi” İctimai Birliyi gənclərə həmişə diqqət və qayğı göstərən Rayon İcra Hakimiyyətinin başçısı  Mirdaməd Sadıqovu “Gənclərin Dostu” mükafatına layiq görüb.
Həmçinin 3 nəfər Radə Ağayeva, Gülər Abdullayeva və İslam Mikayıllı “Kənd Turizmi bələdçiliyində gənclərin iştirakı” layihəsində fəal iştiraklarına görə İctimai Birliyin sertifkatını alıblar.

 

Keçidlər