Şriftin ölçüsü :

Saytın rəngi :

İvanovka İƏD üzrə icra nümayəndəliyinin hesabatı keçirilib.

24 yanvar 2017 | 16:00

Sosialist Əməyi Qəhrəmanı Nikolay Nikitinin sədr olduğu dövrdə ölkə miqyasında tanınan  İvanovkadakı təsərrüfat sonrakı illərdə geriləməyə başladı. Bu proses son illərə qədər davam etdi. Çünki kolxozun idarə olunması üçün hüquqi əsas yox idi. Rayon icra hakimiyyəti mütəxəssislərin, hüquqşünaslar və təcrübəli təsərrüfat rəhbərlərinin iştirakı ilə belə bir hüquqi əsas yaratdı. 2927 nəfər əhalisi, 822 təsərrüfatı olan kənd indi icma formasında fəaliyyət göstərir və çeşidli məhsullar istehsalında yeni istiqamətdə irəliləyir. Kənddən köçmə halları dayanır, abadlıq işləri davam etdirilir, fərdi təsərrüfatların inkişafı üçün şərait yaradılır.
       Heydər Əliyev adına İvanovka tam orta məktəbində tədris iki dildə- rus və Azərbaycan dillərində aparılır. Bütün ixtisaslar üzrə pedaqoji kadrlar vardır.
        23 yanvar 2017-ci il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin İvanovka kənd İnzibati Ərazi Dairəsi üzrə keçirilən hesabat yığıncağında icra nümayəndəsi Olqa Jabinanın məruzəsində bunlardan ətraflı danışılıb. Məktəb direktoru Mixail Uryupin, bələdiyyə sədri Oleq Radayev, hüquqşünas Vasiliy Kazakov, kolxozun sədri Vasiliy Novoseltsev və başqaları görülən işlərdən danışmaqla hesabata müsbət qiymət verib, eyni zamanda nöqsanlardan da danışıblar.Qeyd ediblər ki, 2-3 il bundan  əvvəl tikilən poçtun binası çox kiçik və şəraitsizdir, 5-6 il əvvəl çəkilmiş su kəməri nöqsanlı olduğu üçün tələbatıtam ödəmir.Küçələrin təmiz saxlanmasına  hamı eyni  məsuliyyətlə yanaşmır.
          Hesabat yığıncağında çıxış edən rayon icra  hakimiyyətinin başçısı Mirdaməd Sadıqov icra nümayəndəliyinin  bir illik fəaliyyətinin müsbət olduğunu bildirib, multikulturalizm ilində səmərəli fəaliyyət göstərdiyini deyib  və qeyd edib ki, cənab Prezident İlham Əliyev İvanovkanın əvvəlki şöhrətini qaytarmaq, müasir dövrə uyğun  inkişafını təmin etmək üçün tədbirlər görür. Yeni idarəetmə strukturunun yaradılması da məhz bu tədbirlərdən irəli gəlib.
          Sonda icra başçısı sözü, təklifi, şikayəti olan hər bir iştirakçını dinləyib və müvafiq tapşırıqlar verib.

Keçidlər