Şriftin ölçüsü :

Saytın rəngi :

Tibbi müayinəyə başlanır, sanitariya-gigiyena vəziyyəti yaxşılaşır.

10 fevral 2017 | 16:00

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsi üçün bütün vacib hazırlıq işləri görülüb. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı əhalinin 2017-ci il fevral ayının 15-dən may ayının birinədək tibbi müayinədən keçirilməsi, dispanzerisqasiyanın təşkili məqsədilə öz sədrliyi ilə komissiya yaradıb.
Sərəncama uyğun olaraq 16 yerdə tibbi müayinənin keçirilməsi və hər bir yer üçün işçi qrupu yaradılması qərara alınıb.
Sərəncamın icrası ilə əlaqədar komissiya üzvlərinin və işçi qrup sədrlərinin iştirakı ilə rayon icra hakimiyyətində müşavirə keçirilib. Tibbi müayinənin mütəşəkkil təşkili üçün ehtiyac olan bütün məsələlər nəzərdən keçirilib, hər kəsin görəcəyi iş ünvanına çatdırılıb.
Müşavirədə eyni zamanda İsmayıllı şəhərinin, digər yaşayış məntəqələrinin sanitariya-gigiyena və epidemioloji vəziyyəti barədə rayon gigiyena və epidemiologiya mərkəzinin direktoru Xanlar Qəmbərovun, kommunal müəssisələri kombinatının direktoru Vidadi Məmmədovun, rayonun baş baytar həkimi Barat Şahalıyevin hesabatları dinlənilib.
Mövcud durumu daha da yaxşılaşdırmaq üçün tədbirlər müəyyənləşdirilib.

Keçidlər