Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağ” qəsəbəsində məcburi köçkünlərlə görüş.

15 fevral 2017 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov vaxtilə məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün dövlət tərəfindən salınmış “Qarabağ” qəsəbəsində tez-tez olur, sakinlərin sosial həyatında yaranan hər bir problemin həlli üçün tədbirlər görür.
Mirdaməd müəllimi və onunla birgə görüş-qəbula gələnləri məcburi köçkünlər səmimiyyətlə qarşılayıblar. Buradakı məktəbin foyesində görüş-qəbul keçirilib.
RİH-nin başçısı Mirdaməd Sadıqov məcburi köçkünlərə dövlət qayğısından, yeni iş yerlərinə məcburi köçkünlərin cəlbindən, yerli imkanlar hesabına onların bir sıra problemlərinin həllindən danışıb.
Məcburi köçkün Asif İbrahimov qəsəbədə mərasim evi tikilməsinə yardımçı olmağı, Tahir Əliyev ATS üçün bir otaq tikilməsini, məktəb direktoru Zahid Namazov şəhərarası avtobus marşrutunda intensivliyin artırılmasını, “Kökəltmə birliyi” ərazisində müvəqqəti məskunlaşmış Qarabağ müharibəsi əlili Mahir Vəliyev onun üçün fərdi ev tikilməsini xahiş edib.
Bütün təklif və xahişlərə həssaslıqla yanaşan Mirdaməd Sadıqov hər bir məsələ ilə əlaqədar aid struktur rəhbərlərinə konkret tapşırıqlar verib.

Keçidlər