Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10 illiyi münasibəti ilə tədbir keçirilib.

02 mart 2017 | 16:00

İsmayıllıda Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10 illiyi münasibəti ilə tədbir keçirilib.


02 mart 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri və təhsil işçilərinin  iştirakı ilə Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 10 illik yubileyi münasibətilə  maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə RİH başçısının birinci müavini Rövşən Ağayev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov, Ağsu Regional Miqrasiya İdarəsinin Rəis müavini Nail Hüseynov və həmin idarənin məsul əməkdaşı Rəfail Hüseynov iştirak etmişlər. 
Tədbiri giriş sözü ilə  RİH başçısının birinci müavini Rövşən Ağayev açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb və sözü Ağsu Regional Miqrasiya İdarəsinin rəis müavini Nail Hüseynova verib.
Tədbirdə N.Hüseynov və R.Hüseynov Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti barədə geniş məlumat verib və tədbir iştirakçılarını maraqlandıran miqrasiya qanunvericiliyi ilə bağlı sualları cavablandırıblar.


Nümayəndə günü

02 mart 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində İƏD üzrə nümayəndələr və bələdiyyə sədrlərinin iştirakı ilə növbəti seminar keçirilib.
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov yazın gəlişi və Novruz bayramı ilə əlaqədar şəhər, qəsəbə və bütün kəndlərin ərazilərində iməciliklər keçirmək, təmizlik işləri aparmaq, hər bir sahədə səliqə-səhman yaratmaq, yol kənarlarında ağacların ağardılması və yaz şumunun aparılması barədə  müvafiq tapşırıqları onların diqqətinə yetirib. Əhalinin tibbi müayinəsinin davam etdirilməsi və hamının tibbi müayinədən keçməsini təmin etmək üçün lazımı şəraitin yaradılması, İcra nümayəndələri və bələdiyyə sədrlərinin hesabat yığıncaqlarında əhali tərəfindən qaldırılan problem və məsələlərin həlli ilə ciddi məşğul olmaları barədə rayon icra hakimiyyəti başçısının tapşırıq və tövsiyyələrini İcra nümayəndələri və bələdiyyə sədrlərinin diqqətinə çatdırıb.

Keçidlər