Şriftin ölçüsü :

Saytın rəngi :

“8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə keçirilən şeir müsabiqəsi!

07 mart 2017 | 16:00

       07 mart 2017-ci il tarixdə İsmayıllı rayon Gənclər Mərkəzində İsmayıllı rayon Gənclər və İdman idarəsi, rayon təhsil şöbəsi ilə birgə “8 Mart Beynalxalq Qadınlar Günü”nə həsr olunmuş məktəbli qızlar arasında  şeir müsabiqəsi keçirdi.
        Tədbiri İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov açaraq iştiraçkıları salamladı. “8 Mart Beynalxalq Qadınlar Günü” münasibəti ilə bütün Azərbaycan qadınlarının bayramını təbrik edərək onlara xoşbəxtlik, səadət, işlərində uğurlar arzuladı.
        Ardınca rayon təhsil şöbəsinin metodisti Nəriman Qəniyev də iştiraçkıların bayramını təbrik edərək onlara uğurlar arzuladı.
       İsmayıllı şəhər 1 saylı, şəhər 2 saylı, şəhər 3 saylı məktəb-lisey, şəhər 4 saylı, şəhər 5 saylı, şəhər 6 saylı, şəhər 7 saylı, Cülyan, Talıstan, Diyallı kənd tam orta məktəblərindən ümumilikdə 21 şagirdin iştirak etdiyi müsabiqədə şagirdlər müxtəlif mövzuda şeirlər səsləndirdilər.
       Münsiflər heyyəti qismində rayon təhsil şöbəsinin metodisti N. Qəniyev, Uşaq Yaradıcılıq mərkəzinin direktoru  X.Xalıqov, Gənclər və İdman idarəsinin əməkdaşları Ş.Qafarova və X. Məmmədov şagirdlərin səsləndirdikləri şeirləri qiymətləndirdilər yekunda 10 (on) nəfər ən yaxşı şeir deyən şagird Gənclər və İdman idarəsinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırıldı.

Keçidlər