Şriftin ölçüsü :

Saytın rəngi :

Əhən kəndində ağacəkmə kompaniyası keçirilib

13 mart 2017 | 16:00

İsmayıllı rayon Əhən bələdiyyəsi ərazisində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı idarə olunması layihəsi çərçivəsində torpaq eroziyasına qarşı mübarizə tədbirlərini davam etdirilir. Əhən kəndi ərazisində sürüşməyə meyilli yamacların, yarğan eroziyanın və kənd yolunun mühafizəsi məqsədilə yerli ağac növlərindən ibarət yaşıllıqlar salınmış, yerli iqlimə uyğun və yamac bərkidici xassəsi olan meşə və meyvə ağacları əkilmişdir. Meyvə ağaclarını əsasən qərzəkli bitkilər olan qoz və fındıq təşkil etmişdir.
Tədbirlərin aparılmasında kənd əhalisinin könüllüləri fəal iştirak edib. Əhən İcra nümayəndiliyi və Əhən bələdiyyəsi də layihə tərəfindən həyata keçirilən tədbirlərə xüsusi köməklik göstərib. Layihənin rəhbərliyi kənd əhalisi arasında bu istiqamətdə vaxtaşırı maarifləndirmə işləri aparır. Həmin tədbirlərin davamı olaraq, Əhən kəndində 11-12 mart tarixlərində eroziyaya meyilli dağ yamaclarında çox sayda ağac növləri əkilib. İsmayıllı rayonunun digər hündür dağ kəndlərində də bu kimi tədbirlərin aparılması nəzərdə tutulub.

Keçidlər