Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibətilə məktəblilər arasında “Breyn-rinq” intellektual oyunu.

15 mart 2017 | 16:00

       15 mart 2017-ci il tarixdə İsmayıllı şəhər 3 nömrəli məktəb –liseydə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Breyn-rinq” intelllektual oyunu üzrə rayon birinciliyi keçirildi.
        Tədbiri İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ş.Qafarova açaraq hamını salamladı, qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi. Novruzun qeyd edilməsi tarixindən bəhs etdi. Bu bayramın milli bayram olduğunu vurğuladı.
      İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti R. Mirzəyeva iştirakçılar uğurlar arzuladı. Novruz öncəsi çərşənbələrin rayonda və məktəblərdə xüsusi coşqu ilə qeyd edildiyini diqqətə çatdırdı.
       İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı X.Məmmədov yarışın qaydalarını iştirakçılara izah etdikdən sonra ilk püşkatma oldu.
     İsmayıllı şəhər 1, 2,3, 4, 5, 6 və 7 nömrəli, Talıstan, Cülyan, Diyallı və Təzəkənd kənd tam orta məktbəblərinin komandalarının gərgin mübarizə apardığı birincilikdə ümumilikdə 11 məktəb iştirak etdi.
      Yarımfinala yüksələn 6 nömrəli məktəbin rəqibi olmaq  üçün Cülyanın eyni adlı komandası ilə Diyallının “Tusi” komandası gərgin intellekt savaşına başladılar. Cülyan komandası finala yüksəldi.
      6 rəqibini ardıcıl olaraq yola salan şəhər 6 nömrəli məktəbin “De-javü” komandası finalda Cülyan kənd  tam orta məktəbin komandasına qalib gələrək “Breyn-rinq” in Novruz bayramına həsr olunmuş oyununda I yeri tutu.
     Diyallı məktəbi III yerə, Cülyan məktəbi II yerə layiq görüldü. Hər üç yerin qalibi  və birinci yeri tutmuş komandanın bütün üzvləri İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif edildi.

Keçidlər