Şriftin ölçüsü :

Saytın rəngi :

"Məsuliyyətli ovçuluq - biomüxtəlifliyin keşiyində" layihəsi çərçivəsində seminar keçirilmişdir.

07 mart 2017 | 16:00

7 mart 2017-ci il tarixdə Peşə Tədris Mərkəzində IDEA İctimai Birliyinin təşəbbüsü ilə "Məsuliyyətli ovçuluq - biomüxtəlifliyin keşiyində" layihəsi çərçivəsində yerli sakin və ovçular üçün seminar keçirilmişdir. "Məsuliyyətli ovçuluq" adlı ictimai maarifləndirmə layihəsinə 2016-cı ilin iyun ayında IDEA-nın təşəbbüsü ilə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Xüsusi Dövlət Mühafizə Xidməti yanında Hərbi Ovçuluq İttifaqı və Regional İnkişaf İctimai Birliyinin tərəfdaşlığı ilə başlanmışdır. Seminarda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Regional İnkişaf İctimai Birliyi, Xüsusi Dövlət Mühafizə Xidməti yanında Hərbi Ovçuluq İttifaqı və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF Azerbaijan) nümayəndələri, Rayon İcra Hakimiyyətinin əməkdaşları, eləcə də ətraf mühit üzrə müstəqil ekspertlər  iştirak etmişlər. Seminar iştirakçıları layihənin mahiyyəti, ov mövsümü və ovçuluq haqqında qanunlar, Azərbaycan təbiəti, qanunsuz ovçuluq və tətbiq edilən cərimələr, ovçuluqda etik qaydalar, Qırmızı Kitaba daxil olan və ov əhəmiyyətli heyvanlar haqqında təqdimatlar keçirmiş və müzakirələr aparmışlar. Ümumilikdə seminararda 60  nəfərə yaxın ovçu və yerli sakin qoşulub.  Layihənin həyata keçirilməsində əsas məqsəd ovçularda təbiətə qarşı məsuliyyətli davranışı təşviq etmək, ovlanması qadağan edilmiş fauna növlərinin öldürülməsi və ovçuluq fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsi hallarının qarşısının alınmasıdır. Layihə çərçivəsində məsuliyyətli ovçuluqla bağlı ictimaiyyət, xüsusilə ovçular arasında geniş maarifləndirilmə işləri həyata keçirilmişdir. Bu xüsusda qeyd edilməlidir ki, IDEA tərəfindən ölkəmizin ovçuluq ənənəsi, təbiətimizin və biomüxtəlifliyin mühafizəsinin əhəmiyyəti, ətraf mühitin qorunması kimi dəyərlərin əks olunduğu və məsuliyyətli ovçuluğun təşviqinə həsr olunmuş videoçarx hazırlanmışdır. Həmçinin, ictimaiyyətin, xüsusilə də ov həvəskarlarının məlumatlandırılması məqsədilə layihə tərəfdaşları tərəfindən “Ovçuluq haqqında ümumi qaydalar”, “Balıq və digər su bioresurslarından istifadə qaydaları” və “Qırmızı Kitabdan çıxarış” kimi maarifləndirici kitabçalar hazırlanaraq paylanmışdır.

 

Keçidlər