Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyətinin başcısı Mirdaməd Sadıqovun Novruz bayramı münasibəti ilə İsmayıllı əhalisinə təbriki

20 mart 2017 | 16:00

Əziz İsmayıllılar!

Sizi Milli mənəvi, tarixi dəyərimiz olan  Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Müqəddəs Novruzu ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma bayram olan Novruzu dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımız ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər.
Azərbaycan torpağında çox qədim kökləri olan, uzaq keçmişlərdən xalqımızın mənəvi həyatının ən dərin qatlarına nüfuz edən və zamanın sınaqlarından günümüzədək uğurla çıxan Novruz bayramı ənənəvi dəyərlər sistemimizin təşəkkülündə müstəsna əhəmiyyətə malikdir. Əcdadlarımızın müqəddəs yadigarı kimi bu bayram təbiətin ilahi nizamına ehtiramın aydın ifadəsidir. Zəngin mənəviyyatımız və düşüncə dünyamız, yüksək əxlaqi keyfiyyətlərimiz və həyata nikbin baxışımız Novruz mərasimlərimizdə bütün rəngarəngliyi ilə dolğun təcəssümünü tapmışdır.

Novruzun gəlisi İsmayıllılar üçün də sosial-iqtisadi sahədə qazanılan uğurlarla əlamətdardır.Ölkəmizdə gedən sürətli inkişaf proseslərindən faydalanan payon sakinləri iqtisadiyyatin butun sahələriədə dinamik inkişafa nail olmusalar. Burada aparılan genişmiqyaslı abadlıq və quruculuq tədbirləri sayəsində infrastruktur yenidən qurulur, əhalinin məişət şəraiti yaxşılaşır, yaşayış səviyyəsi müasir tələblərə cavab verir. Möhtərəm Prezidentimiz İlham Əliyevin təsdiqlədiyi Dövlət proqramlarının müvəffəqiyyətlə icra edilməsi nəticəsində İsmayıllı rayonunda da həyat canlanmış, abadlıq, quruculuq işləri genişlənmiş, müasir infrastruktur yaradılmışdır. İqtisadiyyatda qazanılan uğurlar makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsmayıllıya ardıcıl  səfərləri bölgəmizə 20-30 illərin yüksəlişini gətirmişdir. İsmayıllı  inkişaf tempini  zəiflətməyən,  sosial-iqtisadi inkişafda aparıcı sıralarda möhkəmlənən rayona çevrilmişdir.


Əziz həmvətənlər!
Dəyərli soydaşlarımız!
Bird aha hər birinizi Novruz Bayramı münasibəti ilə ürəkdən təbrik edir, bütün ailələrə xoşbəxtlik, ruzi-bərəkət, xalqımıza firavan gələıcək, qazanacağımız böyük qələbədə fəal iştirak arzulayıram.
BAYRAMINIZ MÜBARƏK!

Keçidlər