Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Novruz bayramı

20 mart 2017 | 16:00

20 mart 2017-ci il tarixdə milli Novruz bayramı İsmayıllıda təntənəli şəkildə qeyd olunub. Geniş, məzmunlu və əhatəli ssenari əsasında hazırlanmış bayram şənliyi bəzədilmiş faytonların, musiqiçilərin müşayiəti altında şəhərin küçələrini gəzməklə, carçıların əhalini bayram tədbirinə dəvəti ilə başlayıb. Milli ruhda bəzədilmiş Mərkəzi Meydana 5000-dən çox tamaşaçı yığışmışıb. Əl işlərindən, sənətkarlıq nümunələrindən, sənaye və kənd təsərrüfatı məhsullarından, milli kulinariyadan ibarət sərgiyə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Milli Məclisin deputatı Novruz Aslan, Aparat işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri maraqla tamaşa ediblər.
RİH başçısı Mirdaməd Sadıqov Meydanda çatılmış tonqalı alovlandırıb, tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib. Dörd çərşənbə rəmzi olaraq meydanı dolanıb, tamaşaçılarla görüşüb. Bayram şənliyi Kosa və Keçəlin məzəli əhvalatları ilə davam etdirilib. Novruz şənliyinə həsr olunmuş ümumrayon tədbirində müğənnilərin və idmançıların çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Bayram şənliyi “Novruz bayramınız mübarək olsun” mahnısının sədaları altında sona çatıb.

Keçidlər