Şriftin ölçüsü :

Saytın rəngi :

“IV İslam Həmrəyliyi Oyunlar”nın təbliğinə həsr olunmuş yarış

10 aprel 2017 | 16:00

10 aprel 2017-ci ildə İsmayıllı rayon Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Təhsil Respublika İdman mərkəzinin təşkilatçılığı ilə keçirilən “IV İslam Həmrəyliyi Oyunlar”nın proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində İsmayıllıda atletika idman növü üzrə zona yarışı keçirilmişdir. Yarışda 11 rayonun  hər birindən 1 komanda iştirak edib.
İsmayıllı rayonunu təmsil edən komanda zona üzrə birinci yerə layiq görülmüşdür.
Komandanın tərkibi şəhər 3 saylı məktəb-lisey və Vəng kənd tam orta məktəbin şagirdlərindən ibarət olmuşdur.

Keçidlər