Şriftin ölçüsü :

Saytın rəngi :

Poliatlon çoxnövçülüyü üzrə zona yarışı

14 aprel 2017 | 16:00

14 aprel 2017-ci il tarixdə saat 10:30-da  İsmayıllı şəhər 3 saylı məktəb-liseyin idman bazasında «Vətənin müdafiəsinə hazıram» poliatlon çoxnövçülüyü üzrə Respublika çempionatının zona yarışı keçirilib.

Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq gəncərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində keçirilən çoxsaylı tədbirləri qonaqların diqqətinə çatdırıb.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi Rəşad Rəsulov da öz növbəsində tədbir iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov rayonda keçirilən hərbi vətənpərvərlik tədbirlərinə xüsusi diqqət göstərildiyi barədə danışıb.

11 rayonunun –Balakən, Qax, Qəbələ, Şəki, Oğuz, Ağdaş, İsmayıllı, Ağsu, Şamaxı, Füzuli və Ağdaş  komandaları arasında  gedən gərgin mübarizədə Qəbələ komandası I yerə, Qax komandası II yerə və Ağsu komandası III yerə layiq görülüb.

Qaliblər Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif edilib.

Hər üç yerin qalibi 26-30 aprel 2017-ci  il tarixlərdə Mingəçevir şəhərində Respublika çempionatının final yarışlarına vəsiqə qazanıb.

 

Keçidlər