Şriftin ölçüsü :

Saytın rəngi :

Bədii gimnastika üzrə İsmayıllı açıq birinciliyi keçirilib

15 aprel 2017 | 16:00

15 aprel 2017-ci il tarixində Azərbaycan Gimnastika Federasiyası, İsmayıllı Rayon İcra Hakimiyyəti və İsmayıllı Olimpiya İdman Mərkəzinin birgə təşkilatçılığı ilə  İsmayıllı  rayonunda bədii gimnastika üzrə  İsmayıllı  açıq birinciliyi keçirilib.  50 dən çox gimnastın iştirak etdiyi bədii gimnastika üzrə 1-ci İsmayıllı  açıq birinciliyində "Şağan OİK", "Zirə", "Zabrat İK", "Zirvə İK", "Ağdaş OİK", "Kür OİK", "Sumqayıt OİK", "Göyçay OİK", , "İsmayıllı OİK", "Kürdəmir OİK"-nin  2001-2012  ci il təvəllüdlü gimnastları A, B, C qrupları üzrə alətsiz, top, ip, halqa və gürzələrlə, o cümlədən qrup şəklində çıxış ediblər.
     İsmayilli OİK-dən 9 iştirakçı bədii gimnastika üzrə İsmayıllı  açıq birinciliyində çıxış edərək  bir kubok, I,II,III və  həvəsləndirici yerləri qazanıblar.
    Əhmədova Lamiyyə yarışda A kateqoruyasının birinci yer və kubokun sahibi olub, eyni zamanda Mirzəliyeva Nazlı birinci,  Səmədova Səbinə 3-cü, Yarıyeva Billur -3cü , B-kateqoriyasında Nuriyeva Könül ikinci və C kateqoriyasında Dəmirova Aytac ikinci yeri  tutublar.

O cumlədən yarışda qalib gəlmiş gimnastlara mükafatlar və diplomlar  təqdim edilib.

Rayonumuzda da bədii gimnastikanın inkişafında fəal rol oynayan, bədii gimnastların  yarışlarda yüksək nəticə göstərməsinə nail tələbkarlığl və işgüzarlığı olan məşqçi  İbrahimzadə Sultan Məmmədəli qızı RİH başçısının Fəxri Fərmanı və hədiyyəsi ilə təltif olunmuşdur.

 

 

 

 

Keçidlər