Şriftin ölçüsü :

Saytın rəngi :

İslam Oyunlarının təbliği ilə əlaəqdar regional yarışlar keçirilib

17 aprel 2017 | 16:00

  2017-ci ildə Bakı şəhərində keçiriləcək İslam  Həmrəyliyi Oyunlarının təbliği ilə əlaqədar  Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnaməsinə uyğun olaraq  Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Təhsil”  Respublika İdman Mərkəzinin  təşkilatçılığı ilə 17 aprel 2017-ci il tarixdə İsmayıllı Olimpiya İdman kompleksində kütləvi idman tədbirlərinə daxil olan  basketbol üzrə regional yarış keçirilib.
2002-2003 cü il təvəllüdlü oğlanlardan ibarət 11 komanda arasında basketbol yarışı gərgin şəraitdə keçirilib. Yarışda  İsmayıllı komandası birinci , Oğuz komandası ikinci,  Ağsu komandası  üçüncu yeri tutub.
Daha sonra 2003-2004 –cü il təvvəlüdlü  oğlanlar və qızlar arasında atletka yarışı keçirilib. 11 komanda içərisində İsmayıllı komandası birinci yerə layiq görülüb. Qaliblər “Təhsil” Respublika İdman Mərkəzinin diplomları ilə mükafatlandırılıb.

Keçidlər