Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zerifə xanım Əliyevanın anadan olmasının 94 illiyi çox böyük məhəbbət, dərin səmimiyyətlə qeyd olundu.

27 aprel 2017 | 16:00

  27 aprel 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində Rayonun ictimai fəallarının, ziyalılarının, həkimlərin iştirakı ilə Zərifə xanım Əliyevanın anadan olmasının  94 illiyi təntənə ilə qeyd olundu.
Tədbirdə Zərifə xanıma həsr olunmuş film nümayiş etdirildi. Sonra rayon mərkəzi xəstəxanası baş həkiminin müavini İsrayıl İsmayılov akademik Zərifə Əliyevanın həyatı, elmi- ictimai fəaliyyəti barədə məruzə etdi.
  Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Zərifə xanıma dərin hörmət və ehtiramla zəngin olan çıxışında tanınmış oftalmoloq, mərhəmətli həkim, göz xəstəliklərinin müalicəsi üzrə bənzərsiz mütəxəsis, böyük ziyalı, dəyanətli ömür-gün yoldaşı, ləyaqətli xanım, ölkə üçün nümunəvi ana kimi onu xarakterzə etdi.
RMX-nın baş həkimi Aydın Əsədov, oftolmoloq həkim Mehriban Şıxıyeva, əməkdar müəllim Mirvari Musayeva akademik, sevimli ana, Azərbaycan qadınlarına xanımlıq nümunəsi olan Zərifə Əliyeva haqqında böyük məhəbbətlə, dərin səmimiyyətlə danışdılar, xatirələr söylədilər.
  Tədbir Mərkəzin foyesində konsert proqramı ilə sona çatdı.

Keçidlər