Şriftin ölçüsü :

Saytın rəngi :

"Respublika Gənclər Debat Forumu: Yaz 2017" çərçivəsində İsmayıllıda keçiriləcək Regional Forumda iştirak edən gənclərə debatın “Karl Popper” təlimi keçirildi.

28 aprel 2017 | 16:00

"Respublika Gənclər Debat Forumu: Yaz 2017" çərçivəsində İsmayıllı Rayon İcra Hakimiyyətinin, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin dəstəyi, Milli Debat Proqramının, İsmayıllı  Rayon Gənclər və İdman İdarəsinin və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində İsmayıllı Regional Debat Mərkəzinin gəncləri ilə görüş keçirildi.Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Xələfov və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecin direktoru dosent Kəmalə Süleymanlı İsmayıllıda eləcədə kollecdə gənclər sahəsində keçirilən fəaliyyətləri tədbir iştirakçılarının nəzərinə çatıraraq debatın gənclərin həyatında müstəsna rol oynadığını bildirdilər.
   Daha sonra Milli Debat Proqramının Regional Mərkəzlər üzrə Meneceri Etiram Sadıqzadə tərəfindən “Milli Debat Proqramı”nın təqdimatı keçirilərək,gənclərə Milli Debat Proqramının fəaliyyətindən və qazandığı uğurlardan danışdı.Tədbirin ikinci hissəsində "Respublika Gənclər Debat Forumu: Yaz 2017" çərçivəsində İsmayıllıda keçiriləcək Regional Forumda iştirak edən gənclərə debatın “Karl Popper” təlimi keçildi.

Keçidlər