Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli liderin xatirəsinə həsr olunmuş şeir müsabiqəsi

05 may 2017 | 16:00

05 may 2017-ci il tarixdə İsmayıllı rayon Gənclər Mərkəzində İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rayon Təhsil Şöbəsi ilə birgə təşkil etdiyi 9-11 –ci sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şeir müsabiqəsi keçirildi.
    Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi, gənc şairə Şəhla Ramazanqızı açaraq iştirakçıları salamladı və onlara uğurlar arzuladı. Ulu Öndərin həyatı və fəaliyyəti haqqında məlumat verdikdən sonra “Dahi şəxsiyyət” adlı sənədli filmə baxış oldu.
  Ardınca İsmayıllı rayon Təhsil Şöbəsinin metodisti Nəriman Qəniyev çıxış etdi. O, iştirakçılara müsabiqənin qaydalarını və şərtlərini bir daha izah etdi.
Müsabiqədə bir-birindən maraqlı və məzmunlu şeirlər səsləndirildi.
    Münsiflərin yekun qərarını Uşaq Yaradıcılığı Mərkəzinin direktoru,  Xalıq Xalıoqv səsləndirdi. Qərara əsasən I yerə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin  IX sinif şagirdi Nuriyeva Günay Ramil qızı, II yerə İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbin   X sinif şagirdi Həsənova Səidə Sadiq qızı və III yerə Talıstan kənd tam orta məktəbin IX sinif şagirdi Novruzova Gülzar Hümbət qızı layiq görüldü.
     Hər üç yerin qalibi İsmayıllı rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edildi.

Keçidlər