Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdmaşıda şəhid İlqar Məmmədovun xatirəsinə abidə-bulaq kompleksinin açılışı olub.

15 may 2017 | 16:00

     İsmayıllıda Qarabağ müharibəsi şəhidlərinin xatirəsini bu və ya digər formada əbədiləşdirmək ənənəsi davam edir. Rayon ərazisində dəfn olunan bütün şəhidlərin məzarları onların pak ruhlarına dərin ehtiram səviyyəsində düzəldilib. İstisu kəndində və şəhərin Rəşid Mahmudov küçəsində abidə-bulaq kompleksləri ucaldılıb.
     Kürdmaşı kəndində şəhid İlqar Məmmədovun xatirəsinə döyüş yoldaşlarının (başda Rafiq Qarayev olmaqla) təşəbbüsü və Kürdmaşı İnzibati ərazi dairəsinin təşkilatçılığı ilə yeni xatirə-bulaq kompleksi tikilib. Burada İlqar Məmmədovun barelyefi, Azərbaycan xəritəsi, işğal olunmuş rayonların tarixləri əks olunub. Nəfis şəkildə tərtib olunmuş abidə-bulağa su çəkilib, ətrafı abadlaşdırılıb.
      15 may-şəhid İlqar Məmmədovun doğum günündə xatirə abidəsinin açılışına həsr olunmuş mərasim keçirilib. Tədbiri Kürdmaşı İƏD üzrə nümayəndə Çingiz Əliyev açıb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
      Şəhidin döyüş yoldaşı, abidə-bulağın əsas təşəbbüskarı Rafiq Qarayev çıxış edərək İlqarın döyüş yolundan, vətənə vurğunluğundan danışıb. Qeyd edib ki, bu gün də keçmiş döyüşçülər yenidən ön cəbhəyə getməyə hazırdılar.
Kənd ağsaqqallar Şurasının sədri Yunus Məmmədov, şəhidin qardaşı Arzu Məmmədov öz səmimi çıxışları ilə İlqarın döyüş yoldaşlarına dərindən minnətdarlıq ediblər,iştirakçılara, qonaqlara təşəkkür ediblər ki, Vətənin dəyərli oğlu, Azərbaycan uğrunda canından keçmiş İlqarın  ruhuna ehtiram göstərmək üçün açılışa gəliblər.
      İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov təşəbbüskar döyüş yoldaşlarına təşəkkür edib. Bildirib ki, onlar bu hərəkətləri ilə deyirlər ki, biz Ali Baş Komandanın əmrlərini yerinə yetirməyə həmişə hazırıq. Qarabağ uğrunda 144 İsmayıllı gənci şəhid olub. Aprel döyüşlərində fəal iştirak edən həmyerlilərimiz (onlardan şəhid olan, yaralanan da vardı) Vətəni müdafiəyə hazır olduqlarını bildiriblər.
         Məktbəlilər döyüş ruhlu mahnı və şeirlər ifa ediblər.
         RİH-nin başçısı Mirdaməd Sadıqov, Rafiq Qarayev  şəhidin döyüş yoldaşları ilə birgə abidə-bulağın açılışını ediblər.

Keçidlər