Şriftin ölçüsü :

Saytın rəngi :

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı idarə olunması layihəsi İsmayıllı rayonu Əhən bələdiyyəsi ərazisində torpaq eroziyasına qarşı mübarizə tədbirlərini davam etdirir.

17 may 2017 | 16:00

Kənd yolunun eroziyadan mühafizəsi məqsədilə yolun kənarda sel sularının yaratdığı yarğan eroziyasının müxtəlif biomühəndislik metodları ilə mühafizəsi işləri tətbiq edilmişdir. Buna misal olaraq yarğan eroziyasını yaradan sel sularının qarşısının alınması və sürətinin zəiflədilməsi üçün yarğanda taxtadan və daşların xüsusi metal torda bərkidilməsi yolu ilə iki müxtəlif bənd qurulmuşdur. Həmçinin inşa edilmiş bəndlərin uzun müddət mövcudluğunu təmin etmək və yarğan eroziyasının idarə edilməsi üçün söyüd budaqlarından ibarət bərkidici çəpər və bağlar hazırlanaraq tətbiq edilmişdir.
Yuxarıda sadalanan metodlar xarici ekspertin köməkliyi ilə inşa edilmiş və bu sahə üzrə yerli fermerlərin bilik və bacarıqları artırılmışdır.
Bu istiqamətdə fəaliyyətlərin icrasında kənd icra nümayəndəliyi və kənd bələdiyyəsi yaxından iştirak etməklə, həyata keçirilən tədbirlərə xüsusi köməklik göstərib.
İsmayıllı rayonunun digər hündür dağ kəndlərində də layihənin dəstəyi ilə bu kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Keçidlər