Şriftin ölçüsü :

Saytın rəngi :

Həndbol üzrə zona yarışları

23 may 2017 | 16:00


19-24 may 2017-ci il tarixlərdə Mingəçevir şəhəri “Kür” Olimpiya Tədris-İdman  Mərkəzində  Yeniyetmələrin XI Respublika Oyunlarının Proqramına daxil olan həndbol üzrə 2004-2005-ci il təvəllüdlü qızlar arasında zona yarışları keçirildi.
8 rayonun- Mingəçevir və  Gəncə şəhərləri, İsmayıllı, Şəmkir, Göygöl, Qazax, Tovuz, Naftalan rayonlarının  həndbol komandalarının mübarizə apardığı birincilikdə İsmayıllının həndbol komandası I yerə, Göygölün həndbol komandası II yerə və Gəncənin həndbol komandası III yerə layiq görüldü.
İsmayıllı komandası zona yarışlarının qalibi olmaqla iyun ayında Göygöl şəhərində keçiriləcək final oyunlarına vəsiqəni təmin etmiş oldu.
İdmançı qızları və məşqçi Oleq Rafçiyevi təbrik edirik.

Keçidlər