Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Uşaqların Beynəlxalq Müdafiəsi günü bayram səviyyəsində qeyd edilib.

01 iyun 2017 | 16:00

      İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon təhsil şöbəsinin, rayon gənclər və idman idarəsinin,uşaq və ailələrə dəstək mərkəzinin iştirakı ilə Heydər Əliyev parkında Uşaqların Beynəlxalq Müdafiəsi günü bayram səviyyəsində qeyd edilib.
      Uşaq incəsənət məktəbinin şagirdləri iştirakçıları mahnı və musiqi nömrələri ilə qarşılayıblar. Yeni fəaliyyətə başlamış məktəbəqədər tərbiyə müəssisəsi “Uşaq bağçası- İsmayıllı” da daxil olmaqla mövcud 11 uşaq bağçasının pedaqoji kollektivi və körpələri, nümunəvi sərgiləri və çıxışları ilə fərqlənən 1,3,5 saylı şəhər,İvanovka kənd tam orta məktəblərinin şagirdləri şənlikdə iştirak ediblər.
      Rayon gənclər və idman idarəsi kiçik yaşlı uşaqlar arasında “Şən startlar” əyləncəli idman oyunu üzrə yarış və uşaq yaradıcılıq mərkəzi ilə birgə rəsm müsabiqəsi keçirib. Hər bir yarış və müsabiqə iştirakçısını rayon Gİİ-si həvəsləndirici diplom və hədiyyələrlə mükafatlandırıb.
        Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədr əvəzi         Sevil Əhmədova çıxışında uşaqların əqli, fiziki, intellektual hazırlığı, bir vətəndaş kimi formalaşması, biliklərə dərindən yiyələnməsi, sağlamlığının təmin edilməsi üçün ölkə miqyasında və rayonda görülən işlərdən ətraflı danışıb və uşaqları təbrik edib.
   Müxtəlif forma və məzmunlu  əyləncələrlə zəngin olan tədbir bir neçə saat davam edib, çay süfrəsi ilə yekunlaşıb.

Keçidlər